Əlaqə Arxiv
news Image
2014.05.29
12:30
| A A A
Əli Mahmud oğlu "Kəndimiz və sakinləri"

 O, bu ahıl çağında çox cavanın işini görə bilmişdir, nəsillərə yadigar qalacaq sərvət - bir kəndin tarixini  yaratmışdır...

 



Xəbər verdiyimiz kimi Əli  Mahmud  oğlunun "Kəndimiz  və  sakinləri" - 

Köhnə  Alvadı  haqqında   salnamənin  II  nəşri  bu yaxınlarda çapdan çıxmışdır.


Əli Mahmud oğlu (Əli Mahmud oğlu Əlişov) 1938-ci ildə Masa llı rayonun Köhnə Alvadı kəndində dünyaya göz açmışdır. 

1945-1955-ci illərdə orta məktəb təhsili almışdır.

1957 -ci ildə indiki Gəncə Kənd Təssərrüfatı Akademiyasına daxil olmuş, 1962-ci ildə oranı bitirmişdir. 

İxtisasca iqtisadçıdır.

Əmək fəaliyyətinə kolxozçu və soxvozda fəhlə kimi başlasad qısa müddətdə qabiliyyət və bacarığına görə müxtəlif vəzifələrə irəli çəkilmişdir: Kolxozda baş iqtisadçı, rayon komsomol komitəsinin ikinci katibi və çox keçməmiş soxvoz direktor, konserv zavodunun direktoru, rayon aqrokombinatının ( Kənd təsərrüfatı idarəsi) direktoru, rayon partiya komitəsinin katibi və ikinci katibi, Masallı Rayon İcra Hakimiyyəti başcısı aparatında baş mütəxəsis vəzifəsində çalışmışdır. O, harada işləyirsə-işləsin həyatının mənasını insanlara qayğıda, rayon ərazisində abadlığın aparılmasında körmüşdür. Və bu xüsusiyyət ona dərin el hörməti qazandırmış, böyüklü-kiçikli hamının "Əli müəllim" müraciətini bəxş etmişdir. İqtisadiyyat və kənc nəslin tərbiyəsi ilə bağlı məqalələr və bir neçə kitablar müəllifidir.

Üç oğul, üç qız atasıdır.

  Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki, q ayğıkeş insan, çox dəyərli ziyalı Əli Mahmud oğlu "Kəndimiz və sakinləri"-

Köhnə Alvadı haqqında salnamənin II nəşrini yaratmaqla böyük iş görmüşdür.

Onun tərəfindən təqdim olunan bu salnamə Masallı rayonunun Köhnə Alvadı kəndi, bu kənddə məskunlaşmış tayfalar, onların keçmişi və indiki iqtisadi-sosial vəziyyəti, ata-babaların xeyirxah əməlləri, maddi və mənəvi dəyərləri haqqında bu vaxta qədər çoxlarının bilmədiyi məlumatlar əks etdirilir.

Öz kəndi, kökü, soyu və nəsli barədə olmuş həqiqətləri bilmək istəyən hər kəs bu kitabı səbrlə başdan-başa, hər bir sözə, fikrə, hadisəyə qayğı və insafla yanaşaraq oxuyarsa faydalanacaqdır.

Müəllif hər mövzunu, hər fikri, olmuş hadisəni tam anlaqlı izahla, təhsil və bilik səviyyəsindən asılı olmayaraq hamının başa düşə biləcəyi məzmunda şərh etmişdir.

Əli müəllim salnamədə məkan və soylar haqqında müfəssəl məlumatlarla yanaşı əhatə olunan dövrlərdə iqtisadi-sosial, təsərrüfat qurluşları, qanunlar, tarixi faktlar, adət-ənənələr, arxeyik sözlər və digər məsələlər barədə də yeri gəldikcə söz açmışdır.

Yazı çox suallı və çox cavablı həmçinin fakt müxtəlifliyi məzmunundadır. Buna gözə də hadisələrin tarixi baxımından irəli-geriliyi hallarına, bir qədər qarışıqlığa və təkrərlanmalara yol verilməsinə baxmayaraq toplumda oxucu üçün daha ətraflı məlumat almaq imkanları yaranmışdır.

Ümidvarıq oxucular bundan hər tərəfli bəhrənəcəklər.


Əli Mahmud oğlu

"Kəndimiz və sakinləri"-

Köhnə Alvadı haqqında salnamənin II nəşrini uluların pak ruhuna ithaf etmiıdir.


Masallının tanınmıs ziyalısı Əli Mahmud oğlu bir neçə kitabın müəllifidir.O, bu ahıl çağında çox cavanın işini görə bilmişdir, nəsillərə yadigar qalacaq sərvət yaratmışdır. Onun "Kəndimiz və sakinləri" də belə olacaqdır.Əli müəllim kəndi haqqındakı yeni kitabında yazır ki, əziz həmvətənlərim! Ulularımız nəsillər dəyişdikcə öz keçmiş ata-babaları, onların maddi və mənəvi irsləri barədə yeni nəsillərə məlumat vermişlər, onları dəyərləndirmişlər. Çox təəssüf ki, indi bu ənənə demək olar unudulmuşdur.

Vətən övladının yurdaşları qarşısında ən ümdə borclardan biri də öz soy kökünü, yurdunun mənşəini, ata-babalarının madii və mənəvi irsini öyrənməkdən, gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

Deməliyik ki, bununla əlaqədar bu vaxtadək bizim heç bir təşəbbüsümüz olmamışdır.

Yurdumuzun indiki nəsilləri nəsillər arsında bir növ əlaqə körpüsüdür. bu gün bu əlaqə kəsilmək üzərədir. Kəsilərsə deməli gələcək nəsillərin öz keçmişi haqqında heç bir məlumatları olmayacaqdır. Və cəhd etsələr də belə, bu məlumatları əldə edə bilməyəcəklər

Burada bir məsələ nəzərə alınmalıdır ki, müasir dövrün təqazası elədir ki, hamı, xüsusən gənclər hər şeyi unduaraq yalnız maddi təminat, yaşamaq uğrunda mübarizə aparırlar. Əlbətdə firavan, ehtiyacdan qat-qat yüksək səviyyədə yaşamaq üçün. mənəvi aləmdən əl çəkilmişdir. yüksək maddi təminat mərifətsiz insanların inancına, etiqadına çevirilib.

Məhz bütün bunlar məni daim düşündürən bu çətin və şərəfli məsələyə diqqət yetirməyə sövq etdi.

Salnamə Azərbaycan dilində yazılıb. Bu kitabın ikici nəşridir. Birinci nəşirdən on ildən çox müddət keçmişdir. Bu müddətdə din qardaşlarımızdan bir neçəsi dünyasını dəyişmişlər. İndi onların varisləri əlavə edilmişdir. Həmçinin ötən nəşrdən fərqli onlaraq bir çox məlumatlar, ulularımızın xeyirxah əməllərindən faktlar və şəkillər əlavə edilmişdir. Birinci kitabın adı "Biz kimik" idi. Bu nəşrdə isə bunu bir qədər sadələşdirib "Kəndimiz və sakinləri" adlandırmaq məsləhət bilinmişdir.

"Tayfaların təsnifatı"nda (Səh. 29) Məmmədli tayfası, Bağırlı tayfası, Alməmmədli tayfası, Piyadalı tayfası, Şəkəralılar tayfası, Həsənli tayfası,

Müslümlü tayfası, Becanlı tayfası, Nağdəlili tayfası, Ağacanlı tayfası, Ağ Tağılı tayfası, Mustafalı (Dəlləkli) tayfası, Süleymanlı tayfası, Kərimli tayfası, Seyidlər tayfası, II seyidlər tayfası, Ağahüseynli tayfası, Abdillali tayfası, Mirzəalılı tayfası, Zöhrablılar (Fərəcullahlılar) tayfası, Abılılar (İlyaslılar) tayfası, Alışlı (Qurbanlılar tayfasına bağlı ) tayfası, Mirişli tayfası, Əzimli tayfası, Qurbanlılar tayfası, Alırzalılar tayfası və Sofulu tayfası haqqında məlumat verilmişdir.

HÖRMƏTLİ Əli Mahmud oğlu

"Kəndimiz və sakinləri"-

Köhnə Alvadı haqqında salnamənin II nəşrini mənə də hədiyyə etmişdir.Kitab ofset üsulu ilə çap olunmuşdur.

Kitabın redaktoru Əkrəm Ənvəroğlu, məsləhətçisi Hacı Fərhat Qurbanoğludur.Kompüterdə Südabə Kazım qızı yığmışdır. texniki redaktor Xəyyam Babayev və dizayneri Gülgəz Əhədovadır.

O, bu ahıl çağında çox cavanın işini görə bilmişdir, nəsillərə yadigar qalacaq sərvət yaratmışdır...

"Kəndimiz və sakinləri"- Köhnə Alvadı haqqında salnamənin II nəşri 224 səhifədən ibarətdir və kitabın sayı 500 ədəddir.



Sizin Reklam Yeriniz