Əlaqə Arxiv
news Image
2014.05.29
21:11
| A A A
Şeyxdən yardım çağırışı
"Bu mərkəzə gəlmək mənim üçün çox şərəfli, lakin çətindir. Allah buradakı uşaqlara şəfa versin". ANS PRESS-inməlumatına görə, bunu Respublika Uşaq Onkologiya Mərkəzinə baş çəkən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. 

Şeyx sovet dövrü ilə müqayisədə mərkəzdə xəstə uşaqlar üçün çox gözəl şərait yaradıldığını deyib. O, xəstə uşaqların sağlamlıqlarına qovuşması üçün dua etdiklərini deyib. 

"Mərkəzə inkizator adlı aparat gətirmişik. Uşaqlara hədiyyələr təqdim edilib. Mən buradan imkanlı olan insanları, qurumları az da olsa uşaqlara köməyə dəvət edirəm. Sizi bura özümü göstərmək üçün toplamamışam. Bura ona görə yığmışam ki, bəlkə kiminsə ürəyi yumşalıb uşaqlara yardım əlini uzada. İctimai kömək böyük qüvvədir. O insanlara ruh verir". 

A.Paşazadə bu xeyriyyə işinin təşkilində ANS-in böyük rol oynadığını qeyd edib. O, Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev və Mirşahin Ağayevə təşəkkür edib. 
Sizin Reklam Yeriniz