Əlaqə Arxiv
news Image
2014.05.29
19:04
| A A A
Tibb Universitetinin professorları AMEA müxbir üzvlüyünə namizəddir
Namizədlər arasında oftolmoloq Paşa Qəlbinur da var

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) biologiya və tibb elmləri bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanovun iştirakı ilə bu bölmənin ümumi geniş yığıncağı baş tutub. Toplantıda AMEA Rəyasət Heyəti üzvləri də iştirak ediblər. Movqe.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən ATU rektoru, akademik Əhliman Əmiraslanov iclasda "Tibb" ixtisası üzrə AMEA-nın müxbir üzvlüyünə keçirilən seçkilər haqqında məlumat verdi. Ə.Əmiraslanov bu yerlərə Tibb Universitetindən olan namizədlərin kimliyini açıqlayaraq bu alimlərin ATU-nun Böyük Elmi Şurası tərəfindən dəstəkləndiyini bildirdi. Tibb Universitetinin rektorunun sözlərin görə, namizədlər AMEA tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

Daha sonra AMEA müxbir üzvlüyünə Tibb Universitetindən olan namizədlər çıxış edib özlərinin elmi fəaliyyəti, əldə etdikləri nailiyyətlərlə bağlı ətraflı məlumat verdilər.

ATU tərəfindən (AMEA) biologiya və tibb elmləri bölməsinə namizədlikləri dəstəklənən alimlər sırasında ATU Oftalmologiya kafedrasının müdiri, tibb ü.e.d. Paşa Musayev (Qəlbinur) var. Onun kəşf etdiyi "Aktipol" prparatı bu günə qədər dünyada istifadə olunan ən effektli antivirus dərmanlarından biridir..

Növbəti çıxış edən namizədlər ATU-nun I cərrahi xəstəlikləri kafedrasının müdiri Qaraciyər transplantasiyası, cərrahi və terapevtik hepatologiya, laparoskopik cərrahiyyə, ümuni və onkoloji cərrahiyyə üzrə mütəxəssis, professor Nuru Bayramov (avropa Hepatoloqlar Cəmiyyəti, Beynəlxalq Qastroenteroloqlar və Onkoloji Cərrahlar cəmiyyəti və digər qurumaırı üzvü, 215 elmi əsərin müəllifi), ATU histologiya və embriologiya kafedrasının professoru Habil Muradov (243 elmi işin, 187 elmi məqalənin müəllifi, Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi 3 qrant müsabiqəsinin qalibi), ATU-nun Əczaçılıq fakültəsinin dekanı, əczaçılıq ü.e.d. professor, Prezident yanında Ali Attestasiya Komissiyasının üzvü Tahir Süleymanov və ATU-nun ağız və üz-çənə kafedrasının professoru Çingiz Rəhimov oldular. Çingiz Rəhimov elmi-praktik fəaliyyətinin əsas istiqamətləri həmçinin, ağız və üz-çənə nahiyələrinin şiş xəstəliklərinin diaqnostika və müalicəsi haqqında danışdı.

Qeyd edək ki, AMEA müxbir üzvlüyünə olan yerlərin müəyyənləşdirilməsi üçün seçkilərin nəticəsi gələn ay bəlli olacaq.

Sizin Reklam Yeriniz