Əlaqə Arxiv
news Image
2014.05.30
11:03
| A A A
Cəbhədə atəş səsləri səngimək bilmir

Ermənilər sutka ərzində atəşkəs rejimini 75 dəfə pozublar

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyininn mətbuat xidmətindən anspress-ə verilən mjəlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 75 dəfə pozulub.


Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Tərtər rayonunun Seysulan, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz