Əlaqə Arxiv
news Image
2014.05.30
13:27
| A A A
Daxili Qoşunların rəsmi internet səhifəsi fəaliyyətə başladı

Vətəndaşlar Daxili Qoşunların Baş İdarəsinə onlayn müraciət etmək imkanına malik olacaqlar

Bu gündən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "www.dq.mia.gov.az" ünvanında rəsmi internet səhifəsi işə başlayıb. 


Daxili Qoşunların mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə,internet səhifəsinin yaradılmasında əsas məqsəd Daxili Qoşunların ictimaiyyətlə əlaqələrinin səmərəliliyinin artırılması, habelə qoşunların həyatında baş vermiş yeniliklər barədə cəmiyyətin mütəmadi olaraq daha dolğun məlumatlandırılmasından ibarətdir. 


Səhifə müvafiq sahələr üzrə kataloqlar, faydalı informasiya resursları və linklərlə təmin olunub. 


Saytda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallarla yanaşı, Daxili Qoşunların tarixi, döyüş yolu, xidməti-döyüş fəaliyyətinin müxtəlif istiqamətləri geniş işıqlandırılıb.


İnternet səhifəsində Daxili Qoşunların Ali Hərbi Məktəbi, Hərbi qospitalı, Nümunəvi-göstərici hərbi orkestri və muzeyi haqqında geniş məlumatlar verilmiş, o cümlədən qoşunların mətbu orqanı olan "Əsgər" qəzetinin elektron variantı və fotoalbom yerləşdirilib. 


Eyni zamanda səhifənin istifadəçiləri müvafiq hərbi qanunvericilik bazasından da faydalana biləcəklər.


Vətəndaşlar sayt vasitəsilə onları maraqlandıran məsələlərlə bağlı Daxili Qoşunların Baş İdarəsinə onlayn müraciət etmək imkanına malik olacaqlar. 


Sizin Reklam Yeriniz