Əlaqə Arxiv
news Image
2014.05.30
13:31
| A A A
Bu xəbər bakılı sürücüləri məyus edəcək

Bakı Dairəvi yolunda (Bakı-Sumqayıt şossesi ilə kəsişmədən "Maşın bazarı" yol qovşağına qədər) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.  Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 


Məlumata əsasən, bu gün saat 11:00-dan etibarən, yolun bağlanması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır. 


Sürücülərə alternativ olaraq Xocahəsən yolundan istifadə etmələri tövsiyə olunur.


Bakıda bağlanacaq başqa bir yol isə Yusif Səfərov (Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən Babək prospekti ilə kəsişməyə qədər) küçəsidir. Bu yolun da bağlanma səbəbi eynidir. Bu gün saat 22:00-dan etibarən yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədar həmin yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Sizin Reklam Yeriniz