Əlaqə Arxiv
news Image
2014.05.30
16:13
| A A A
Bu il XI sinifləri 86797 şagird bitirib

Təhsilimizdə iz qoyacaq bir sıra hadisələrlə zəngin olan 2013-2014-cü tədris ili başa çatıb. Bu münasibətlə bu gündən başlayaraq bütün tədris ocaqlarında məzunlara ən kövrək anlar yaşadacaq və onların yaddaşında ömürlük qalacaq "Son zəng" tədbirləri keçirilib. Məktəb həyatına əlvida deyəcək gənclər doğma, əziz müəllimlərindən son məsləhət və tövsiyələr eşidəcək, müstəqil həyatlarının astanasında onlara ünvanlanmış təbrikləri qəbul ediblər.Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək. Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olub. 2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir. Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirib. Məzunları təbrik edir, gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq.

Sizin Reklam Yeriniz