Əlaqə Arxiv
news Image
2014.05.30
17:53
| A A A
KİVDF Şəmkir rayonunda konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə  mayın 30-da  Şəmkir  şəhərində Azərbaycanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün konfrans keçirilib.


Konfransda Şimal-Qərb bölgəsinə daxil olan rayonlarda fəaliyyət göstərən elektron və  çap KİV-lərin  təmsilçiləri, eləcə də, yerli vətəndaş cəmiyyəti institutlarının rəhbərləri,  Şəmkir rayon ictimaiyyəti və  ziyalılarının nümayəndələri daxil olmaqla 300 nəfər  iştirak edib. Tədbirə,    həmçinin, Bakıda fəaliyyət göstərən    ümumrespublika yayımlı KİV-lərin baş  redaktorları da qatılıblar. 

Konfrans  "İnformasiya əldə etmək haqında Azərbaycan Respublikası qanunvericviliyinin izahı ilə bağlı regional KİV-lərin  maarifləndirilməsi" layihəsi çərçivəsində keçirilib.  

Fondun İcraçı direktoru Vüqar Səfərli və Şəmkir  rayon icra hakimiyyətinin başçısı Nazim Veysov konfransda açılış nitqi ilə çıxış edərək, KİV-lərlə yerli  icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti yönündə fikirlərini bölüşüblər.  

Bundan sonra KİVDF-nin ekspertləri "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanunu, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış edərək,   İnformasiya əldə etmək haqqında qanunun medianın fəaliyyəti üçün yaratdığı üstünlüklərdən bəhs ediblər. 

Konfransda, paytaxtda  fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin  rəhbərlərindən "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Trend" İnformasiya Agentliyinin  baş redaktoru  İlqar Hüseynov,  "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini  Müşfiq Ələsgərli çıxış edərək "İnformasiya əldə etmək haqında"  Azərbaycan  Respublikası qanununun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan danışıblar.   

Şəmkir rayonunda   fəaliyyət göstərən "Şəmkir" qəzetinin baş redaktoru İlyas Qasımov,   Qazax rayonunda nəşr edilən "Göyəzən" qəzetinin baş redaktoru Elçin İsmayılov, Gədəbəy rayonunda nəşr edilən "Qızıl Gədəbəy" qəzetinin baş redaktoru Əsədulla Cəfərov, Şəmkir Regional QHT təlim və resurs mərkəzi İB-nin sədri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası Şəmkir Rayon təşkilatının sədri Fəxrəddin Vəliyev mövzu ətrafında fikirlərini bölüşərək belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışlar.  

Sonda Fondun icraçı direktoru Vüqar Səfərli regional KİV-lərin inkişafı üçün Fondun nəzərdə tutuduğu layihələr barədə məlumat verib. 


Sizin Reklam Yeriniz