Əlaqə Arxiv
news Image
2014.05.30
19:19
| A A A
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi dəyirmi masa keçirtdi - fotolar

"İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi" "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası"nın maliyyə yardımı ilə 30 may 2014-cü il tarixində,  Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusunda (Bakı şəhəri, H.Əliyev 135,102 No-iclas zalında) "Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması" layihəsi üzrə  dəyirmi masa keçirmişdir. 

Mövqe.az xəbər verir ki, tədbirdə  Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovsiyalar üzrə prorektoru, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının "Ali təhsilin iqtisadiyyatı" komissiyasının sədri, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin baş məsləhətçisi i.e.d. prof. Əvəz Bayramov acılış nitqiylə çıxış etmişdir. O, "Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasında insan kapitalının inkişafında elm və təhsilin vəhdətinin konseptual əsasları barəsində iştirakçılara məlumat vermişdir.

Sonra layihənin əhəmiyyətindən  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin nümayəndəsi   Qalib Yaqubov danışmışdır.

Növbəti olaraq İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyev "Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması"   layihəsinin təqdimatını etmişdir. Təqdimat zamanı iştirakçılara layihənin məqsədi, tövsiyə sənədini hazırlanması ilə bağlı iş planı və ölkənin sosial-iqtisadi inkişafının əsas prioritetləri haqqında çıxış etmişdir.

   Sonda  tədbir iştirakçıları Tövsiyə sənədinə öz təkliflərini bildirmişdilər. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı, Bakı şəhərində yerləşən 26-ya yaxın Universitetlərdən profesor, müəllim, doktorant və magistrlər, beynəlxalq təşkilatların və yerli QHT-lərin təmsilçiləri iştirak etmişdir.


Sizin Reklam Yeriniz