Əlaqə Arxiv
news Image
2014.05.31
16:14
| A A A
Obama Putinlə görüşəcək
ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putin ilə qeyri rəsmi şəkildə görüşə bilər. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ağ Evin açıqlamasında bildirilir ki, prezidentlərin görüşü iyunun 6-da müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasının 70-ci ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində baş tuta bilər.

ABŞ prezidentinin mətbuat katibi Cey Karni bildirib ki, Normandiyada hər hansı ikitərəfli rəsmi görüşün keçiriləcəyi gözlənilmir. Lakin prezidentlərin qeyri rəsmi şəkildə görüşü baş tua bilər.

Qeyd edək ki, iyunun 6-da 18 ölkənin dövlət başçısı və İkinci dünya müharibəsinin təxminən 1000 veteranı müharibə zamanı Qərb cəbhəsinin açılması - müttəfiq qoşunlarının Normandiya sahillərinə çıxmasının 70 illiyinə həsr edilmiş tədbirlərdə iştirak edəcək.
Sizin Reklam Yeriniz