Əlaqə Arxiv
news Image
2014.05.31
17:00
| A A A
Bakıda kütləvi dava
Bakıda gənclər arasında kütləvi dava olub. 

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi-21 ünvanında yerləşən "Yaşıl Ada" kafesində qeydə alınıb.

Kafedə yeyib-içən bir qrup gənc arasında düşən davada 3 nəfər - 22 yaşlı Mərhəmət Məhəmməd oğlu Quliyev, 18 yaşlı Elnur Adil oğlu Məmmədov və 19 yaşlı Binnət Tofiq oğlu Əhmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Dava iştirakçılarından bir nəfər - 19 yaşlı Tərlan Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Sizin Reklam Yeriniz