Əlaqə Arxiv
news Image
2014.05.31
22:07
| A A A
Cəbhədə yeni gərginlik
Ermənistan silahlı qüvvələri bu gün Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, düşmən Qapanlını 15 dəqiqə atəş altında saxlayıb. 

Xoşbəxtlikdən sakinlər arasında xəsarət alan olmayıb. Hazırda bölgədə sakitlik hökm sürür.

Qeyd edək ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

Müdafiə Nazirliyindən bildiriblər ki, sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.
Sizin Reklam Yeriniz