Əlaqə Arxiv
news Image
2014.05.31
23:00
| A A A
Gəncədə yerli "narkobaron" tutuldu
Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakininin mənzilindən külli miqdarda narkotik vasitə tapılıb.

Movqe.az ANS PRESS-ə  istinadən xəbər verir ki, əməliyyatçılar tərəfindən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Ağayevin yaşadığı Rəhim Hüseynov küçəsi, ev 18-ə baxış keçirilib. Baxış zamanı məlum olub ki, M.Ağayev öz həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada narkotik vasitələrin becərilməsi, qurudulması və satışı ilə məşğuldur.

Polis əməkdaşları tərəfindən M.Ağayevin yerində ifadəsi alındıqdan sonra Polis İdarəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Sizin Reklam Yeriniz