Əlaqə Arxiv
news Image
2014.06.01
10:20
| A A A
Toydan qayıdan gənc ailə qəzaya düşdü: 2 ölü, 2 yaralı
Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yol qəzası Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci kilometrliyində qeydə alınıb. 1985-ci il təvəllüdlü Nəcəfov Emin Şakir oğlunun idarə etdiyi "Audi" markalı 50 CE 252 dövlət nömrə nişanlı avtomobil dəmir arakəsmələrə çırpılıb.

Qəza nəticəsində sürücü və oğlu - 2009-cu il təvəllüdlü Xəyyam Nəcəfov hadisə yerində dünyalarını dəyişiblər. Sürücünün həyat yoldaşı, 1985-ci il təvəllüdlü Nəcəfova Xəyalə Əli qızı və digər övladı, 2012-ci il təvəllüdlü Elmir Nəcəfov ağır xəsarət alıb.

Meyitlər deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə FHN-in Xüsis Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib və meyitləri avtomobildən çıxarıb.

İlkin məlumata görə, gənc ailə Bakıdan toydan qayıdırmış və Sahil qəsəbəsinə gedirmiş. Ailə başçısı avtomobili sərxoş vəziyyətdə, sürətlə idarə edib, nəticədə idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz