Əlaqə Arxiv
news Image
2014.06.02
13:08
| A A A
İsveçrə prezidenti Didye Burkhalterin rəsmi qarşılanma mərasimi olub

 Azərbaycana rəsmi səfərə gələn İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin rəsmi qarşılanma mərasimi olub.


APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev isveçrəli həmkarı D.Burkhalteri qarşılayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi İsveçrə prezidentinə raport verib, İsveçrənin və Azərbaycanın dövlət himnləri səslənib.
 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər, İsveçrə prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
 

Azərbaycanın dövlət və hökumət nümayəndələri D.Burkhalterə, İsveçrə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.
 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.

Sizin Reklam Yeriniz