Əlaqə Arxiv
news Image
2014.06.02
19:00
| A A A
Hərbi hissələrdə yoxlamalar keçirilir
Hərbi qulluqçularla rəftar vəziyyəti araşdırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.


Ombudsman Aparatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Aparatın Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Aparatın baş məsləhətçisi Vüqar Heydərov Daxili Qoşunların Baş idarəsinin Mənəvi-psixoloji hazırlıq şöbəsinin zabiti Müşfiq Xankişiyev və Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin baş zabiti Rəhman Nuriyevlə birgə Daxili Qoşunların və FHN-in Mülki Müdafiə Qoşunlarının Quba rayonundakı "N" saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.


Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.


Hərbi hissələrin bütün obyektlərinə baxış keçirilmiş, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.


Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparmış, coxsaylı suallar cavablandırılıb. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.


Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə Ombudsman təsisatında hazırlanmış insan hüquqları sahəsində çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilib.

Sizin Reklam Yeriniz