Əlaqə Arxiv
news Image
2014.06.03
12:13
| A A A
Azercell-in əsas səhmdarı olan TeliaSonera şirkətinin prezidenti Yohan Dennelind Azərbaycana səfər etdi

Avropanın aparıcı telekommunikasiya şirkətlərindən biri və Azercell Telekom MMC-nin əsas səhmdarı TeliaSonera Qrupunun Prezidenti Yohan Dennelind Azərbaycana səfər etmişdir. Yohan Dennelind Azərbaycana etdiyi ilk səfər çərçivəsində Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, eləcə də, nazirliyin digər rəsmiləri ilə görüşüb. Görüşdə tərəflər Azərbaycanda mobil texnologiyalar sahəsinin gələcək inkişaf perspektivlərinə dair geniş müzakirə aparıblar. Cənab Dennelind Azercell-in davamlı şəkildə dünya standartlarına uyğun yüksək səviyyəli xidmətlərin həyata keçirdiyini və Qrupun Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərindən biri olmasını vurğulayıb. Y.Dennelind, həmçinin, mobil rabitə xidmətləri sahəsində gələcək əməkdaşlıq istiqamətləri, eyni zamanda ən son nəsil texnologiyalarının, innovasiyaların və yeniliklərin ölkəyə gətirilməsi prosesində Azercell-in davamlı olaraq qabaqcıl mövqeyini qoruyub saxlamasının əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür. Azercell şirkətinin Azərbaycanda tətbiq etdiyi ən son texnoloji yeniliklərdən söhbət açan nazir Əli Abbasov şirkətin təqdim etdiyi LTE texnologiyalarının gələcəkdə ölkəni bütün bölgələrini əhatə etməsinin vacibliyindən söz vurğulayıb. TeliaSonera şirkətlər qrupunun prezidenti də Azərbaycanda davamlı inkişaf üçün şirkətin öz töhfəsini vermək üçün səy göstərəcəklərini, müştəri məmnunluğu üçün keyfiyyətin artırılması istiqamətində effektivliyin daha da  gücləndiriləcəyini, dövlət əhəmiyyətli texnoloji layihələrə töhfə verməkdə davam edəcəklərini bildirib. Şirkətin bu gün dünyanın mobil rabitə sektorunda ən iri vergi ödəyicilərindən biri olduğunu və eləcə də Azercell Telekom MMC-nin yerli bazarda bir sıra istiqamətlər üzrə liderliyini, o cümlədən ölkənin qeyri-neft sektorunun ən iri vergi ödəyicisi olduğunu nəzərə çatdırıb. Cənab Dennelind, həmçinin, Söz Azadlığı və Korrupsiyaya qarşı Siyasət də daxil olmaqla, TeliaSonera Qrupunun fəaliyyət göstərdiyi bütün bazarlarda tətbiq etdiyi Uyğunluq və Davamlılıq Proqramı haqqında cənab nazirə məlumat vermişdir. Məlumat üçün bildirək ki, "TeliaSonera" Şimali Avropadan Rusiyaya, Azərbaycan və Nepal və Asiya regionuna qədər uzanan 17 ölkəni əhatə edən coğrafi ərazidə fəaliyyət göstərir. TeliaSonera qlobal mobil rabitə texnologiyasının öncülü olmaqla, hazırda həyatımızın ayrılmaz hissəsinə çevrilən bir çox texnoloji həllərin əsasını qoymuş bir şirkətdir. Dünyada ilk dəfə olaraq 3G texnologiyasının təqdimatını Everest dağının zirvəsində də təşkil edən TeliaSonera, həmçinin, 4G-nin şəbəkəsinin kommersiya tətbiqini (2009-cu ildə Stokholm və Oslo şəhərlərində) həyata keçirib. TeliaSonera Qrupunun ən əsas dəyərlərindən biri onun 180 milyon abunəçisinə xidmət göstərən 26 min nəfərdən ibarət beynəlxalq işçi heyətidir. Şirkət bazar kapitalizasiyası üzrə Avropanın ən böyük 5 telekommunikasiya şirkətlərindən biridir.

Sizin Reklam Yeriniz