Əlaqə Arxiv
news Image
2014.06.03
18:05
| A A A
“Aqrolizinq” ASC-nin vəzifəli şəxsinin 1 milyon manata qədər vəsaiti mənimsədiyi məlum olub

Azərbaycan Baş Prokurorluğu "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində (ASC) yol verilmiş qanun pozuntuları ilə bağlı növbəti məlumat yayıb.


Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir ki, "Aqrolizinq" ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaq zamanı Kənd Təsərrüfatı Nazirliyinin Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovun "Aqrolizinq" ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edib kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərin adlarına satılmasını rəsmiləşdirməklə digər fiziki və hüquqi şəxslərə sataraq əldə etdiyi 64 min manat məbləğində pulu mənimsəmə və israf etmə yolu ilə talamasında, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərinin dövlət büdcəsinə ödənilməsini təmin etməyərək dövlətin, eləcə də "Aqrolizinq" ASC-nin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Sizin Reklam Yeriniz