Əlaqə Arxiv
news Image
2014.06.05
12:48
| A A A
Bakıda iki sərnişin avtobusu toqquşdu-10 nəfər xəstəxanaya yerləşdirildi

Bu gün səhər Bakıda baş verən iki sərnişin avtobusu toqquşması nəticəsində 12 nəfər xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Movqe.az-a açıqlamasında deyib ki, hadisə ilə bağlı təcili yardıma bu gün səhər 10:17-də çağırış daxil olub. Onun sözlərinə görə, Qara Qarayev metrosunun yaxınlığında baş verən qəzaya 8 təcili yardım briqadası göndərilib. Ərazidə 1 və 36 saylı marşrut avtobuslarının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb. Onların 2-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 10 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 8-i kişi, 2-si isə qadındır. Xəsarət alanların 8 nəfəri 3 saylı şəhər klinik xəstəxanası, 2 nəfər-ana və oğulun isə alt-üst çənə sınıqları olduğu üçün Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Sizin Reklam Yeriniz