Əlaqə Arxiv
news Image
2014.06.05
19:34
| A A A
Nabatın içindən tiryək çıxdı (FOTO)
12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a  verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, məhkum Intiqam Mirzəli oğlu Əsgərova Nurlan Əzizağa oğlu Həsənovun göndərdiyi sovqata baxış keçirilib. Bu zaman, şəkər tozundan bişirilərək hazırlanmış nabatın içərisində 5 (beş) ədəd sellofana bükülmüş xalis çəkisi 3,332 qram olan narkotik vasitə "Tiryək" aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.




Sizin Reklam Yeriniz