Türkiyədə bir qadın iki kişi
arasında qan tökülməsinə səbəb olub.
Türkiyənin Adana şəhərində yaşayan 33 yaşlı Mustafa
Kılıc həyat yoldaşı 29 yaşlı Yeliz Kılıc ilə 6 ay münasibətdə olan
48 yaşlı Fevzi Eri evinə çağıraraq öldürüb.
Hadisə ötən gün günorta saatlarında baş verib. Bildirilir ki, 1
uşaq anası olan Yeliz Kılıc 3 il əvvəl həyat yoldaşı Mustafa
Kılıcdan boşanmaq üçün ayrılıb.
Həmin vaxtlar gənc qadın dönərçi işləyən Fevzi Erlə münasibət
qurmağa başlayıb. Altı aylıq eşq münasibətlərindən sonra gənc qadın
əvvəlki əri ilə barışıb və əri evə qayıdıb. Dönərçi sevgili isə
yenə əlaqələrini davam etdirmək istəsə də, qadın bunu qəbul
etməyib.
Onun bu təkidləri qadını bezdirib və ərinə bu barədə danışıb. "Mən
səni sevirəm, bir səhvdir eləmişəm" deyərək, əri ilə birlikdə plan
qurublar.
Plana uyğun olaraq, qadın dönərçi sevgilisinə zəng edərək, "ərim
işə getdi, gəl görüşək" deyib.
Fevzi Er də hər ehtimala qarşı yanında bıçağını götürüb. Evə
gələrkən isə Mustafa kılıcla qarşılaşıb. Tərəflər arasında dava
düşüb, elə bu vaxt dönərçi bıçağını çıxarıb. Mustafa isə onun
bışağını əlindən alaraq, qasıq hissəsinə və sinəsinə zərbələr
endirib.
Yaralanan Fevzi qaçmağa çalışarkən nərdivanlarda yerə yıxılıb.
Hadisə yerinə gələn təcili yardım üzvləri onun öldüyünü müəyyən
ediblər.
Cütlük isə polis tərəfindən saxlanılaraq təcridxanaya salınıb.
/Ans/