Əlaqə Arxiv
news Image
2014.06.06
14:35
| A A A
Azercell müştəri xidmətləri artıq “Asan Xidmət” mərkəzlərində

Azərbaycanın mobil rabitə bazarının şəksiz lideri olan Azercell Telekom şirkəti öz müştərilərinin rahatlığını nəzərə alaraq, öz xidmətlərinin daha da əlçatanlığını təmin etmək məqsədilə daha bir yeniliyə imza atıb. Azərbaycanda ilk dəfə olaraq "Asan İmza" mobil elektron imza xidmətini təklif edən şirkət ASAN xidmət mərkəzinin 3 ofisində öz mərkəzini yaradıb. Həmin ofislərdə Azercell abunəçiləri bütün növ müştəri xidmətləri ilə təmin edilə bilir. Bu xidmətləri təqdim etməklə Azercell öz abunəçilərinə daha yaxın olmaq niyyətini daşıyır.  İndi Azercell abunəçiləri ASAN1 - Akademik Həsən Əliyev küçəsi, ASAN2 - Nobel prospekti və ASAN 3 -Yasamal rayunu, Şərifzadə küçəsində yerləşən Asan Xidmətlərinə müraciət etməklə şirkətin müştəri xidmətlərindən tam yararlana bilərlər. Beləliklə, sənədləri ilə əlaqədar bu ASAN mərkəzlərindən birinə gələn istənilən Azercell müştərisi öz sim-kartının dublikatını çıxarmaq, yeni xidmətlərə qoşulmaq, İMEİ kodu qeydiyyata almaq, faktura əldə etmək, həmçinin, şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumatla tanış olmaq imkanı əldə edir. Onu da qeyd etmək lazımdır ki, ASAN mərkəzlərində fəaliyyət göstərən bütün Azercell müştəri xidməti ofisləri digər operatorlardan nömrələrini Azercell-in şəbəkəsinə daşımaq istəyən abunəçilərin də ərizələrini qəbul edir.Məlumat üçün bildirək ki, Azercell Telekom bir müddət bundan öncə sözügedən xidmətdə tarifləri inanılmaz dərəcədə endirdi. Belə ki, 16 may tarixindən etibarən, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər "Asan İmza" xidmətindən istifadə edərkən, qoşulma haqqı üçün ƏDV daxil cəmi 18 AZN ödəyirlər. "Asan İmza" istifadəçiləri üçün xidmətdən aylıq istifadə haqqı isə 0,5 manat təşkil edir. Bundan əlavə, 20 iyun 2014-cü il tarixindən etibarən "Asan İmza" vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (elektron imzalama) üçün 1 SMS-in qiyməti 0,03 manat təşkil edəcək. Qeyd edək ki, "Asan İmza" xidməti hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanı yaradır. "Asan İmza" mobil elektron imza xidmətinin sürəti və rahatlığı dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri xeyli azaldır, xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların aktiv istifadəsinə stimullaşdırır. Beləliklə, Azercell Telekom öz abunəçilərinin və ümumiyyətlə ölkə əhalisinin xeyri naminə ASAN şəbəkəsi ilə müvəffəqiyyətli əməkdaşlığını daha da genişləndirir. Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar və sərfəli tariflər təqdim edəcəkdir.

Sizin Reklam Yeriniz