Əlaqə Arxiv
news Image
2014.06.06
15:43
| A A A
Azərbaycan Milli Məclisi İTAR-TASS agentliyinin məlumatı ilə bağlı bəyanat yayıb

"Milli Məclisin sədri ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycan tərəfinin Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcəyini bildirməyib"


Azərbaycan Milli Məclisi Rusiyanın İTAR-TASS agentliyinin ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycanın Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etməsi barədə yaydığı məlumatla bağlı bəyanatla çıxış edib. Milli Məclisdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin iyunun 4-5-də Moskvada rəsmi səfərdə olarkən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin yaydığı məlumatda yanlışlığa yol verilib:

 

"Guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcək. Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da, Milli Məclisin sədri tərəfindən belə bir fikir səsləndirilməyib. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə edib, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulayıb. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır. Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir".

 

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də İTAR-TASS agentliyinin xəbərini təkzib edib.

Sizin Reklam Yeriniz