Əlaqə Arxiv
news Image
2014.06.06
17:18
| A A A
Milyardlıq müqavilə
"SOCAR Türkiyə" STAR NEZ-in tikintisi üzrə kredit müqaviləsi imzalayıb "SOCAR Türkiyə" STAR NEZ-in tikintisi üzrə kredit müqaviləsi imzalayıb. 

ANS PRESS-in məlumatına görə, imzalanma mərasiminə Türkiyə enerji və təbii qaynaqlar naziri Taner Yıldız ilə Türkiyə elm, sənaye və texnologiya naziri Fikri İşıq, Azərbaycan energetika naziri Natiq Əliyev, Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, ARDNŞ prezidenti Rövnəq Abdullayev, "SOCAR Türkiyə" prezidenti Kenan Yavuz və ARDNF prezidenti Şahmar Mövsümov qatılıb.

İmzalanma mərasimindən sonra çıxış edən "SOCAR Türkiyə" prezidenti Kənan Yavuz bu kredit razılaşmasının önəmindən danışıb: "Türkiyə real sektor tarixinin ən böyük və ən uzun müddətli kredit razılaşmasını imzaladıq. İnşası 5,6 milyard dollara başa gələcək NEZ üçün 3,29 milyard dollar layihə maliyyələşdirilməsi təmin ediləcək. Yerdə qalan 2,4 milyard dollarlıq qism isə öz qaynaqlarımız vasitəsi ilə qarşılanacaq".

Kənan Yavuz həmçinin bu investisiyanın kifayət qədər yüksək bir sərmayə olduğunu və Türkiyənin xaricdən asıllığını azaldacağını söyləyib. 

ARDNŞ prezidenti Rövnəq Abdullayev isə çıxışında "Türkiyənin gələcəyinə inanırıq",- deyə bildirib.
Sizin Reklam Yeriniz