Əlaqə Arxiv
news Image
2014.06.07
10:03
| A A A
Elektrik stansiyasında partayış: ölənlər var
Kosovonun paytaxtı Priştinada elektrik stansiyasında partayış olub.

Movqe.az Anspress-ə istinadən xəbər verir ki , partlayış nəticəsində 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb. İlkin ehtimallara görə, partlayışa səbəb hidrogen balonu olub. 

Partlayış zamanı stansiyanın bir hissəsi dağılıb. Partlayış o qədər şiddətli olub ki, dalğa yaxınlıqdakı yaşayış məntəqələrinə də zərər vurub. 

Rəsmilər vəziyyyətlə əlaqədar ətraf bölgədə yaşayanları təxliyə ediblər. Yerli sakinlər müvəqqəti olaraq daha təhlükəsiz yerlərə köçürülüblər.

Faktla bağlı istintaq araşdırması başladılıb. Polis partlayışın dəqiq səbəblərini müəyyən etməyə çalışır.

Parlament seçkilərinə 2 gün qalmış baş verən dəhşətli partlayışla əlaqədar bəzi namizədlər təşviqat kampaniyasını təxirə salıblar.
Sizin Reklam Yeriniz