Bakıda maşın zərbəsinə tuş gələn Şəki sakini öldü
Gecə Bakının Xətai rayonunda piyadanın ölümü ilə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az Anspress-ə
istinadən xəbər verir ki , hadisə rayonun Gəncə prospekti ilə
Sadıqcan küçələrinin kəsişməsində qeydə alınıb. Qəza zamanı
"Mercedes" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən
piyada - Şəki şəhər sakini, 55 yaşlı Yunisov Kənan Kamal oğlunu
vurub. Piyada vurulandan sonra ona hadisə yerinə çağrılan təcili
tibbi yardım həkimləri tərəfindən yardım edilsə də, onun həyatını
xilas etmək mümkün olmayıb. Kənan Yunisov aldığı xəsarətlərdən
hadisə yerində dünyasını dəyişib.
Hadisədən sonra piyadanı vuran avtomobilin sürücüsü, 57 yaşlı İsgəndərov Saday İsmayıl oğlu Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb edilib. Piyadanın vurulduğu avtomobil isə cərimə meydançasına aparılıb.
Faktla bağlı idarədə cinayət işi başlanılıb, araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi isə araşdırmaların nəticəsindən sonra müəyyənləşdiriləcək.