Əlaqə Arxiv
news Image
2014.06.08
20:35
| A A A
Bakıda "NİSSAN" kanala düşdü: ölən və yaralanan var
Qaradağda "NİSSAN" markalı avtomobil kanala aşıb, ölən və yaralanan var.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda "NİSSAN" markalı minik avtomobili yoldan çıxaraq yol kənarında olan yağış sularının toplandığı kanala aşıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücüsü ölüb və 1 nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər sərnişini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Sizin Reklam Yeriniz