Əlaqə Arxiv
news Image
2014.06.09
10:43
| A A A
ATƏT monitorinq keçirəcək

Monitorinq sabah təmas xəttinin Füzuli istiqamətində baş tutacaq

Cəbhədə monitorinq olacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 10-da monitorinq olacaq. 


Monitorinqin Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. 


Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu (Türkiyə) keçirəcəklər.


Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Dan Harvey (İsveçrə) keçirəcəklər.

Sizin Reklam Yeriniz