Sosial şəbəkələrdə yayılmış məlumatlarda Suriyada döyüşən və Azərbaycandan olan vəhabilər şəxsiyyətlərini təsdiq edən sənədləri kütləvi şəkildə cırıblar və bunu Yəhya əl-Azəri adlı şəxsin profilində nümayiş etdiriblər. Məlumatı sosial şəbəkəyə istinadla Jam.az saytı yayımlayıb.
Cırılmış şəxsiyyət
vəsiqələri və pasportların altında şərh də yazılıb: "Allaha həmd
olsun. Tağutun safını təsdiqləyən sənədləri belə
cırdıq".
Xatırladaq ki, Yəhya əl-Azəri adlı şəxsin Suriyada
döyüşən azərbaycanlı vəhabilərin komandiri olduğu bildirilir. Onun
bir neçə dəfə ölüm xəbəri yayılsa da, yalan çıxıb. Ehtimal edilirdi
ki, ölüm şayiəsini yaymaqla vəhabilər Yəhya əl-Azərini qorumaq
məqsədi güdüblər.
Lakin bir müddət öncə
onun həqiqətən döyüşlərin birində öldüyü foto və videolarla
təsdiqləndi. Hazırda isə onun profilini həyat yoldaşının istifadə
etdiyi ehtimal olunur. Çünki yazılan statusların bir çoxunda "ərim
öldükdən sonra" sözlərinə rast gəlinir.
Vəhabilərin bu hərəkəti Azərbaycana təhdid kimi
dəyərləndirilir. Xatırladaq ki, vəhabilər şiələrin canını, malını
və namusunu özlərinə halal sayır. Azərbaycan əhalisinin böyük
əksəriyyəti isə şiələrdən ibarətdir. /Axar.az/