Sabah Azərbaycanın bəzi ərazilərdə havanın
temperaturu 37 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə
bildiriblər ki, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22,
gündüz 30-35 dərəcə isti olacaq. Bakı və Abşeron yarımadasının
çimərliklərində suyun temperaturu 22-24 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında sabah hava şəraiti əsasən yağmursuz
keçəcək. Lakin bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq,
şimşək çaxacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13,
gündüz 22-27 dərəcə isti olacaq.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda günorta saatlarında temperaturun 35 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.