Əlaqə Arxiv
news Image
2014.06.10
10:45
| A A A
Azərbaycan məhsulları Avropa keyfiyyət nişanı ilə markalanacaq

2014-cü ilin sentyabrından Azərbaycan məhsulları CE keyfiyyət nişanı ilə markalanacaq. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.


Onun sözlərinə görə, göstərilən prosedur təftiş etmə sahəsində məşhur kommersiya liderlərindən biri olan Almaniyanın TUV şirkətinin fəaliyyətinin istiqamətlərindən biridir: "Azərbaycan məhsullarının Avropa direktivlərinə və standartlarına uyğun markalanması Azərbaycan mallarının CE nişanı ilə Avropa ölkələrinin bazarlarına əlavə tələblər olmadan maneəsiz çıxarılmasına imkan verir".


İnstitut direktoru qeyd edib ki, TUV yerli məhsulları CE keyfiyyət nişanı ilə markalayacaq Azərbaycanın müxtəlif şirkətləri və dövlət strukturları, o cümlədən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə əməkdaşlıq edəcək: "Azərbaycanda TUV şirkətinin fəaliyyətinin digər istiqamətləri tikinti sahəsində nəzarət (üçüncü, müstəqil tərəf qismində), tənzimləyici təftiş və sertifikatlaşdırma olacaq".


CE nişanı məhsulun Avropa İttifaqının direktivlərinin əsas tələblərinə və Aİ-nin harmoniziya edilmiş standartlarına uyğun olması, həmçinin məhsulun təlimatlara uyğun qiymətləndirmə prosedurunu keçdiyini göstərən xüsusi nişandır. CE onu göstərir ki, məhsul istehlakçıların sağlamlığı, həmçinin ətraf mühit üçün zərərli deyil. "CE Mark" Avropa standartlarına və direktivlərinə uyğunluğun yeganə nişanıdır.

Sizin Reklam Yeriniz