Əlaqə Arxiv
news Image
2014.06.10
11:19
| A A A
Nizami Kinoteatrı yandı

İlk çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub

Bu gün səhər saatlarında Bakıda Nizami Kinoteatrında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Anspress-ə verilən məlumata görə, hadisə gecə saatlarında olub. 


Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.


Yanğınsöndürənləri səyi nəticəsində yanğının qarşısı alınıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.


Yanğının nə səbəbdən baş verməsi məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz