Əlaqə Arxiv
news Image
2014.06.10
14:20
| A A A
Bakıda 36 yaşlı kişi özünü asdı

Meyidi tapılan 36 yaşlı kişinin intihar etdiyi bildirilir

Ötən gün günorta saatlarında Bakının Suraxanı rayonunda 36 yaşlı kişi həyatına son qoyub. Rayon Prokurorluğundan Anspress-ə verilən məlumata görə, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.


Belə ki, 1978-ci il təvəllüdlü Teymur Orucəli oğlu Ağaverdiyevin meyiti işlədiyi "Atef" tikinti şirkətinin istifadə olunmayan binasından asılmış halda tapılıb. Onun meyitini birlikdə rəngsaz işlədiyi dayısı oğlu I və II mərtəbələrin arasında kəndirlə asılmış halda tapıb.


Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı Teymur Ağaverdiyevin intihar etdiyi məlum olub.


Qeyd edək ki, Teymur Orucəli oğlu Ağaverdiyev "Atef" tikinti şirkətində dayısıoğlu ilə birlikdə rəngsaz işləyirmiş. Həmin gün dayısı oğlu ilə həmin binanın fəhlələr üçün nəzərdə tutulan soyunma-geyinmə otağında görüşəcəkmiş. Lakin ora gedən dayıoğlu Teymur Ağaverdiyevi tapmayıb. Sonradan onu axtarıb və meyidini asılmış halda tapıb.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Sizin Reklam Yeriniz