Bakıda bir gündə iki nəfər dənizdə boğuldu
Meyitlərin tapılması üçün tədbirlər davam etdirilir
Bakıda bir gündə iki nəfər dənizdə boğulub. Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisindəki çimərlikdə Binə qəsəbə sakinləri Elmar Davudov suda boğulub, Ceyhun Əliyev suda batarkən xilasedicilər tərəfindən xilas olunub. E.Davudovun meyitin tapılması üçün tədbirlər davam etdirilir.
Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən "Mayak" dəniz çimərliyində də boğulma hadisəsi baş verib. Bərdə rayon sakini İlham Hüseynov suda boğularaq ölüb. Onun meyitinin tapılması üçün tədbirlər davam etdirilir.