Məhkumdan narkotika tapıldı
2 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitə
aşkar edilərək götürülüb. Movqe.az-a Penitensiar Xidmətin İctimaiyyətlə əlqaələr şöbəsindən
verilən xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində
müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə
əsasən azadlıqdan məhrum edilmiş Gündüz Abışovun üzərinə baxış
keçirilən zaman əlinin içində gizlədilmiş, siqaret kağızına
bükülmüş, xalis çəkisi 0,205 qram olan narkotik vasitə "heroin"
aşkar edilərək götürülüb. Fakt üzrə
araşdırma aparılır.