Əlaqə Arxiv
news Image
2014.06.12
11:55
| A A A
Bakıda avtobus qəzasında 6 nəfər yaralandı

Bakıda sərnişin avtobusu və daha 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.


Movqe.az anspress-ə istinadən bildirir ki, Böyükşor şösesində qeydə alınan hadisə zamanı ilk öncə "Hyundai" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Maşınların yolun hərəkət hissəsinin mərkəzində dayanması sonradan 5 maşının iştirakçısı olduğu digər qəzaya səbəb olub. Belə ki, 148 saylı xətt ürə hərəkət edən "IVECO" markalı sərnişin avtobusu ilk öncə "Opel" markalı minik maşınını vurub. "Opel" öz növbəsində "VAZ 2107"yə və "Audi" markalı digər maşınlara çırpılıb.


Zərncirvari qəzanın iştirakçısı olan "Auidi" öz növbəsində qarşıda hərəkət edən "Hyundai" markalı başqa bir maşına dəyib. Avtobus isə "Mercedes" markalı digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra dayanıb. 


Hadisə zamanı avtobus metronun "Koroğlu" stansiyasından üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olub. Şahidlərin sözlərinə görə, avtobusda olan sərnişinlər arasında xəsarət alanlar da olub. 


Hadisə vaxtı yaralanan sərnişinlər təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, yol nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya 6 nəfər gətirilib. Onlardan 4-nə ilkin tibbi yardım göstərilsə də, 2 nəfər travmatologiya şöbəsinə yerləşdirilib.


Qəza Sabunçu dairəsi istiqamətində avtomobillərin hərəkətində sıxlığın yaranmasına da səbəb oldu. Hadisə iştirakçısi olan avtomaşınların ərazidən uzaqlaşdırılmasından sonra normal hərəkət bərpa olunub.


Hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün avtobus, eləcə də avtomaşın sahibləri ifadələrinin alınması üçün polis orqanına aprılıblar. Qəza ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq baş vermə səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin ediləcək.

Sizin Reklam Yeriniz