Paytaxt Bakının ərazisindənyeraltı çaylar axmasına dair dəfələrlə məlumatlarsəsləndirilib. İndi belə fikirlər də səslənir ki, həmin çayların həcmi yağış və qar sularının yerə hopması nəticəsində daha gursulu olublar. Bu da şəhər üçün istər-istəməz təhlükə mənbəyidir. Yayılan məlumatlardan o da məlum olur ki, paytaxtdakı yeraltı çaylardan biri Yasamal rayonu ərazisindən "Nizami" metrosu istiqamətində, oradan Füzuli küçəsi ilə Xəzər dənizinə axır.
Qeyd olunduğu kimi
isə son
günlər ölkə, o cümlədən
Bakı güclü yağış
və qarın
yağmasının şahidi oldu. Həmin
yağıntıların gətirdiyi su
isə yerin
təkinə axır. Nəticədə qrunt
suları qalxır, həmçinin yeraltı
çaylarda su çoxalır, yəni gursululuq
yaranır.
Digər tərəfdən Bakının
bir sıra
mərkəzi yerlərini çoxmərtəbəlibinalar
bürüyüb.
Halbuki şəhərin mərkəzində
çoxmərtəbəlibinaların tikintisi
qadağan olunub. Lakin Bakı
Şəhər İcra Hakimiyyəti
bu qadağanı hələlik
təsdiqləməyib. Ona görə də çoxmərtəbəlibinaların tikintisi
davam edir. Bu isə torpağa əlavə
ağırlıq gətirir. Deməli, şəhərin torpaq
qatı həm
də çoxmərtəbəlibinalar
vasitəsilə yer üstündən
təzyiqlərə məruz qalır. Belədə isə
torpaq sürüşməsi təhlükəsi
daha da
artır.
Yeraltı çayların paytaxt
üçün nə
kimi təhlükələr yarada
biləcəyiniekspertlərlə dəyərləndirdik.
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova bildirdi ki, torpaq sürüşmələrində qrunt suları ilə yanaşı yeraltı çayların da rolu vardır. Amma digər amillərlə qarışdıqdabu təhlükə daha real olur: "Mən bu məsələni dəfələrlə gündəmə gətirmişəm. Bakı şəhəri, Qız Qalası əvvəldən suyun içində olub. Bildiyimizkimi, Araz, Kür və Volqa çayları Xəzərə tökülür. Bir tərəfdən də şəhərin altından yeraltı çaylar keçərək onlar da Xəzərə axır. Yeraltı suların çox olmasına görə əslində Xəzər dənizi Yer kürəsinin hövzəsi sayılır. Ona görə də Xəzərin hövzəsi qalxanda, Yer kürəsində də suyun səviyyəsi qalxır. Həqiqətən də burada yeraltı sular çoxdur. Hətta şimal dağlarınınaltı ilə gedən çaylar da Novxanı vasitəsilə Xəzərə tökülür. Ona görə də həmin yerlərdə uşaqlar ən dayaz yerlərdə çiməndə belə, bir də görürsən yoxa çıxır, çünki su onları dartıb aparır. Qrunt suları ilə yeraltı sular qarışanda, bir yandan da yağış və qarın əriməsindən əmələ gəlməsindənsuyun yerin dibinə çökməsilə torpaq sürüşmələribaş verir. Yeraltı çayların axması Bakı üçün təhlükəlidir. Xüsusən də çoxmərtəbəlibinaların tikildiyi ərazilərdəbu təhlükə daha realdır. Ona görə də şəhərdə çoxmərtəbəli binaların tikintisinəyol verilməməlidir. Təəssüf ki, buna əməl olunmur. Şəhidlər Xiyabanındakı, Sahil metrostansiyası yanındakı, habelə Təzə avtovağzal tərəfdəki hündür binalar təhlükəlidir. Çünki ərazidən yeraltı sular keçdiyindən həmin binaların ağırlığı torpağın həm aşağı həm də yuxarı qatdan təzyiqlərəməruz qalmasına gətirib çıxarır. Belədə son nəticədə torpaq sürüşmələribaş verə bilər. Əslində hündür binalar qayalıq yerlərdə tikilirdirki, yeraltı çayların təzyiqinə məruz qala bilməsin".
Digər ekspert Vaqif Behbudoğlu isə Bakı ərazisindən yeraltı çayların keçmədiyini bildirdi: "Bakı ərazisindəyeraltı sular yoxdur. Yeraltı sular ancaq Xaçmaz və Lənkəran zonasındadır. Ona görə də Bakıda yeraltı sularla bağlı hər hansı bir təhlükə gözlənilmir. Paytaxtda yalnız qrunt suları vardır ki, onun da şəhərdə sürüşmə hallarının baş verməsində rolu böyükdür. Yeraltı sular Sumqayıt ərazisindən Rusiya sərhədlərinəvə Masallıdan Astaraya qədər uzanır. Bakı isə belə bir təhlükədən uzaqdır".
Rüfət NADİROĞLU