Əlaqə Arxiv
news Image
2014.06.12
22:30
| A A A
Su insanı cavanlaşdırır

Məlumata görə 1 ay boyunca gündə 3 litr su içən qadın 10 yaş gəncləşib. Su möcüzəsi adlandırılan bu hadisə İngiltərədə olub. İngiltərənin Daily Mail qəzetinin müxbiri Sarah Smit uzun müddət baş ağrısı və həzm problemindən əziyyət çəkirmiş.

Həkimlər bu səbəblə Smitə gündə 3 litr su içməsini məsləhət görüblər. 

Məlumatda oda bildirilir ki, Smitin su içməyə başlamazdan əvvəl üzünün fotoşəkili 4 həftə sonra çəkilən foto şəkillə müqayisə olunub.

Aradakı fərq inanılmaz olub. Mütəxəsislər bildiriblər ki, qadın 1 ay boyunca gündə 3 litr su içməklə düz 10 yaş cavanlaşıb. Smithin 52 yaşı olmasına baxmayaraq özünü 42 yaşındakı kimi hiss edir. Qadın müsahibəsində bildirib ki, gündə çoxlu su içmək həm dərisini gənçləşdirib həm də şikayətlərinin sayını azaldıb. 

Smit həmçinin suyun ağız və göz altında olan qırışıqlara, üzünün hamar olmasına faydası olduğunu da bildirib.

Sizin Reklam Yeriniz