Əlaqə Arxiv
news Image
2014.06.13
12:53
| A A A
Cəmil Çiçək: “Azərbaycanın torpaqlarının işğalı Türkiyənin gündəmindəki ən önəmli məsələlərdəndir”
“TürkPA olaraq da Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün sərt mövqe tutmalıyıq”

"Azərbaycanın işğal altında olan torpaqları Türkiyənin gündəmindəki ən önəmli məsələlərdəndir". Movqe.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Bakıda keçirilən TürkPA-nın 5-ci plenar iclasında deyib.

 

C. Çiçək bildirib ki, Qafqazda daimi sülhün təmin edilməsi işğala son qoyulması və 1 milyondan çox insanın evlərinə dönüşü ilə mümkün ola bilər: "TürkPA olaraq da Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün Ermənistanın işğalına qarşı sərt mövqe tutmalıyıq. Hamı bilməlidir ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək. Birmənalı belə olacaq. Türkiyə olaraq Azərbaycanın işğal altındakı torpaqlarının dərhal azad olunmasını bütün beynəlxalq platformalarda gündəmə gətiririk. Bundan sonra da torpaqlar bir an öncə işğaldan azad olunana qədər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim gündəmimizin əsas mövzusu olacaq".

Sizin Reklam Yeriniz