Əlaqə Arxiv
news Image
2014.06.13
11:23
| A A A
Müəllimlərin imtahanı ilə bağlı rəsmi açıqlama

Bu gün Bakıda çalışan müəllimlərin son sınaq qiymətləndirilməsi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Movqe.az-a verilən xəbərə görə, iyunun 10-dan başlayan sınaq qiymətləndirmə bu gün başa çatacaq. Artıq Sınaq Qiymətləndirmədə 22 minə qədər müəllim iştirak edib.  Hazırda cavab kartlarının emalı prosesi gedir. Bütün cavab kartları emal olunduqdan sonra müəllimlər təhsil idarəsinin saytında xüsusi olaraq yaradılacaq bölmədə buraxılış vərəqində göstərilən iş nömrəsi və soyadı daxil etməklə nəticələri öyrənə biləcəklər. Qeyd edək ki, imtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib. Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30072 nəfər müəllimi iştirak edəcək. Qiymətləndirilmə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilir. Beləliklə, 4 gün ərzində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. Sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.


Sizin Reklam Yeriniz