Əlaqə Arxiv
news Image
2014.06.13
14:00
| A A A
Nazirlik uşaq evləri ilə bağlı hərəkətə keçdi
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın icrası istiqamətində Təhsil Nazirliyi ilə Avstriyanın "Hilfsverk Avstriya Beynəlxalq" təşkilatı arasında Qrant sazişi imzalanıb.  
Təhsil Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, sazişə əsasən Təhsil Nazirliyi tərəfindən valideyn himayəsindən məhrum olan və daim müəssisədə yaşayan 10 nəfər uşaq üçün ailə əsaslı sosial xidmətlər sistemini özündə ehtiva edən kiçik qrup evi yaradılıb. Nazirlikdən bildiriblər ki, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi nəticəsində ölkə üzrə ümumilikdə 589 nəfər uşağın, o cümlədən 2013-cü ildə 34 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. 2013-cü ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 13 nəfər uşaq övladlığa verilib. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 51 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılıb. Qidalanmanın bu qaydada təşkili beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir. 


Sizin Reklam Yeriniz