Əlaqə Arxiv
news Image
2014.06.13
15:52
| A A A
Bu gün bir neçə rayonda qaz olmayacaq
Məhdudiyyətlər təmir işləri ilə əlaqədardır

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Anspress-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 14:00-dan 18:00-dək Qusar rayonunun bir hissəsinə, mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 15:00-dək Xətai rayonunun bir hissəsinə qazın verilişində məhdudiyyətlər olacaq. 


Bundan başqa qaz nəqli sistemində siyirtmənin və sipərlərin dəyişdirilməsi ilə əlaqədar saat 17:00-dək Binəqədi, saat 18:00-dək Abşeron rayonlarının bir hissəsinə, təmir işləri ilə əlaqədar isə işlər başa çatanadək Sabunçu və Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Sizin Reklam Yeriniz