Əlaqə Arxiv
news Image
2014.06.13
18:26
| A A A
Piyadanı xəstəxana yaxınlığında xəstəxanalıq etdilər

Bakıda zəncirvari qəzada piyada ağır xəsarət aldı

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən qəza olub. Anspress-in məlumatına görə, Respublika Klinik Xəstəxanasının yaxınlığında piyada yolu keçmək istəyərkən VAZ 21015 markalı avtomobil onu vurub. Bu zaman arxadan gələn "Mersedes" markalı avtomobil VAZ-21015-i dəyib. Nəticədə hər iki avtomobilə ciddi zərər dəyib. 


20-25 yaşlı piyada ağır xəsarətlərlə Təcili Tibbi Yardım maşını ilə yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıb. 


Sizin Reklam Yeriniz