Hələ çox işlərin görülməli olduğu bildirilir.
"Hayastan" Fondu Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda yeni su infrastrukturunun qurulmasına başlayıb.
Movqe.az Modern.az-a istinadən xəbər verir ki, Fond erməni əhalisinin süni şəkildə məskunlaşdırıldığı rayonda 2 su anbarı və bir supaylayıcı sistem quraşdırıb.
Layihənin gerçəkləşməsi nəticəsində 1000-dən artıq insan 24 saat içməli su ilə təmin olunacaq. 5 kilometr uzunluğundakı su xətti 120-dən artıq təsərrüfatı təmin edəcək.
Dağlıq Qarabağı Ermənistana birləşdirəcək 2-ci yol kimi tanınan
Vardenis-Ağdərə yolunun Kəlbəcərdən də keçəcəyini nəzərə alan
ermənilər əhalinin say çoxluğunu təmin etmək üçün əlavə
infrastruktur layihələri də hazırlayırlar. Lakin yerli hüquq
müdafiə təşkilatları Qarabağ müharibəsi zamanı dağıntılara məruz
qalmış Ağdərə şəhərinin inkişafı üçün hələ çox işlərin görülməli
olduğunu bildirir.