Əlaqə Arxiv
news Image
2014.06.13
18:47
| A A A
Aztəminatlı ailələrə şad xəbər

Azərbaycanda bu il aztəminatlı gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydada təhsil kreditlərinin tətbiqinə başlanılacaq. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, cari il ərzində ali təhsil sahəsində həyata keçiriləcək islahatların prioritet istiqamətlərindən biridir. Digər prioritet istiqamətlərə uyğun olaraq, bu il ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsipləri tətbiq ediləcək. Dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqi genişləndiriləcək. Ali təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması da nəzərdə tutulan istiqamətlərdəndir.

Sizin Reklam Yeriniz