Əlaqə Arxiv
news Image
2014.06.15
10:25
| A A A
Bu 3 yeniyetmə İsrail-Fələstin münaqişəsini alovlandıracaq!
Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşüb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, yeniyetmələrin axtarışlarına hərbi qüvvələri cəlb olunub. 

İsrail hökuməti yeniyetmə oğlanların qaçırıldığını ehtimal edir. Məlumata görə, oğlanlardan birinin Amerika vətəndaşlığı da var.

Ötən gündən başlayaraq hərbi qüvvələr evbəev əməliyyatlar keçiriblər. Əməliyyatlar zamanı 12 nəfər həbs olunub. Bununla belə, üçlüyün sağ qalıb-qalmaması barədə heç bir məlumat əldə olunmayıb. Bu barədə ölkənin müdafiə naziri Moşe Yaalon açıqlama verib.

Ölkənin baş naziri Benyamin Netanyahu faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirib.

Əgər faktın cinayət olduğu ortaya çıxarsa, bu, ik ölkə arasında gərginliyin şiddətlənməsinə səbəb ola bilər.
Sizin Reklam Yeriniz