Əlaqə Arxiv
news Image
2014.06.15
10:47
| A A A
Müsəlmanlar yandırıldı
Banqladeşin paytaxtı Dəkkədə köçkün düşərgəsində yanğın baş verib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bir neçə yaşayış məntəqəsinin yanması nəticəsində azı 9 nəfər ölüb, onlarla insan yanıq xəsarət alıb. Yanğının yerli insanlar tərəfindən qəsdlə törədildiyi ehtimal olunur. Belə ki, yanğında ölən müsəlman ailə üzvləri ilə İslam dini bayramı Bəraət gecəsi ilə əlaqədar qonşuluqda yaşayan sakinlər arasında mübahisə və dava-dalaş olub. 

Yanğında bir ailənin 5 üzvü ölüb. "Kiçik uşaqlar, onların anaları və qızlar yanğında həlak olublar. Bu bizə qarşı işgəncə deyil, bəs nədir?" - deyə yerli İslam cəmiyyətinin üzvlərindən biri etirazını bildirib.

Faktla bağlı istintaq başladılıb.
Sizin Reklam Yeriniz