Əlaqə Arxiv
news Image
2014.06.15
18:04
| A A A
Ziya Məmmədov dövlət qurumunu cəzalandırdı
Nəqliyyat Nazirliyi (NN) "Bakıelektrikşəbəkə" ASC-yə inzibati qaydada tənbeh tətbiq edib. 

Movqe.az qafqazinfo.az-a istinadən xəbər verir ki , nazirlik ASC-nin əməkdaşlarını elektrik xətlərini çəkərkən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırıb.

Nəticədə NN ASC-ni 4 min manat cərimələyib.

İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsində hüquqi şəxslər üçün maksimum cərimə məhz 4 min manatdır. Yəni, NN "Bakıelektrikşəbəkə"ni maksumum məbləğdə cərimələyib.

"Bakıelektrikşəbəkə" ASC-nin hüquqşünasları cərimənin ləğv edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Qərardan apellyasiya şikayəti verilib.
Sizin Reklam Yeriniz