Əlaqə Arxiv
news Image
2014.06.17
11:37
| A A A
Gədəbəydə gözəllik salonunda arvadının başını kəsən ər kilsədən çıxdı

Gədəbəydə keçmiş həyat yoldaşının başını gözəllik salonunda kəsdikdən sonra qaçan Qasımov Elçin Fəxrəddin oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Movqe.az  "Qafqazinfo"ya istinadən məlumatına görə, o, Daşkəsən rayonunun ərazisində saxlanılıb. Belə ki, E.Qasımov Daşkəsəndəki kilsədə gizlənirmiş. Məlumatda bildirilib ki, E.Qasımov hadisədən sonra dükandan spirtli içki alıb və içə-içə Daşkəsənə gedib.
Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir övladlarının olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.Xatırladaq ki, iyunun 13-də rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.  
Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir azyaşlı övladı var.  Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb.


Sizin Reklam Yeriniz