Azərbaycanda kondisionerli tabutlar
Azərbaycana xaricdən kondisionerli tabutlar ixrac
edilir. ANS PRESS-in məlumatına görə,
Türkiyənin Sivas bölgəsində "Qorxmaz İnox" adlı bir şirkət istehsal
etdiyi kondisionerli tabutları xarici ölkələrə satmağa
başlayıb. Həmin şirkətin 10 xarici
ölkəyə 400 min dollar dəyərində kondisionerli tabutlar istehsal
etdiyi bildirilir. Bu barədə adı çəkilən şirkətin müdiri Cenk
Kəşkək məlumat verib.O, tabutlarda
ventilyasiya sisteminin 1995-ci ildən tətbiq etdiklərini
söyləyib: "Hazırda isehsal etdiyimiz
kondisionerli tabutları İngiltərə, Azərbaycan, Fransa, Livan,
Küveyt, Banqladeş, Şrilanka kimi ölkələrə ixrac edirik.
Kondisionerli tabutlarımız ilə Türkiyəni dünyaya tanıtmaq
istəyirik. Tabutlarımızı göndərdiyimiz ölkələr bizə təşəkkür
etdilər".
Qeyd edək ki, həmin tabutlarda temperatur mənfi 5 dərəcəyə qədər ola bilər. Qeyd edək ki, elektriklə işləyən tabutun üst hissəsində xüsusi nəzarət pəncərəsi yerləşdirilib. Həmin pəncərədən meyidə baxmaq mümükündür.